Oğuzda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 19 iyul, 2023
  • 17:19
Oğuzda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb - YENİLƏNİB

Qəzada xəsarət alanların şəxsiyyətləri bəlli olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 4 üzvü, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Şirinov Kəbirağa Elbrus oğlu, 1993-cü il təvəllüdlü Şirinova Sevda Şəmşid qızı, 2013-cü il təvəllüdlü Şirinov Elbrus Kəbirağa oğlu və 2012-ci il təvəllüdlü Şirinov Məhəmmədhüseyn Kəbirağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

20:43

Oğuzda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet Cruze" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində nəqliyyat vasitəsində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.