Oğuzda geriyə hərəkət edən avtomobil piyadanı vurub - VİDEO -YENİLƏNİB
- 24 may, 2023
- 11:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Oğuz rayonunda piyadanın vurulması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"un yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
O qeyd edib ki, piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertizalar təyin olunub və hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü Araz Haşımov idarə etdiyi "Toyota" markalı avtomobillə geriyə doğru hərəkət edərkən 1988-ci il təvəllüdlü X.Tağıyevanı vurub.
14.14
Oğuz rayonunda geriyə doğru hərəkətdə olan avtomobil piyadanı vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavanşir küçəsində baş verib.
Belə ki, geriyə doğru hərəkət edən "Toyota" markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.
Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.
Hazırda qəzada iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Həmin hadisənin görüntüləri təqdim edirik: