NİİM: 8 noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub

NİİM: 8 noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı
Hadisə
18 Sentyabr , 2024 11:11
NİİM: 8 noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub

Bakının Xətai rayonunda 8 noyabr prospektində hərəkətə qoyulan məhdudiyyət bəzi yollarda tıxaca səbəb olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ötən gündən başlayaraq 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib:

"Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub. Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə, bu prospketlərdə hazırda avtomobil sıxlığı müşahidə edilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi ilə əlaqəli şəkildə bu prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər".

Son xəbərlər

Orphus sistemi