Nərimanovda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Hadisə
- 24 may, 2024
- 04:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə, içərisində 1 ədəd kondisioner və 5-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin eyvanının 1 ədəd plastikdən ibarət qapısı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
22:13
Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşib
Formula 121:51
SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
Region21:36
Foto
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Hadisə21:35
Video
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatda 59 nəfər saxlanılıb
Region21:15
"Tasnim": ABŞ-nin hərbi gəmiləri Hörmüz boğazından uzaqlaşıb
Region21:02
İran ABŞ-nin şərtlərinə cavab verib
Region20:54
Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib
Digər ölkələr20:48
Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük"
Fərdi20:34