Neftçalada qadın intihar edib, cinayət işi başlanılıb

Hadisə
  • 13 oktyabr, 2023
  • 05:50
Neftçalada qadın intihar edib, cinayət işi başlanılıb

Neftçala rayonu, Xəzər kənd sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilova yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.