​Nardaranlıların olduğu xəstəxananın həyətində qumbara tapılıb

Hadisə
  • 04 dekabr, 2015
  • 10:12
​Nardaranlıların olduğu xəstəxananın həyətində qumbara tapılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasının həyətində “F1” qumbarası tapılıb. “Report”un xəbərinə görə, qumbara Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyatda polisə müqavimət göstərən bir neçə nəfər yaralanıb. Onlar hazırda 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasında müalicə olunur. Polis əməkdaşları xəstəxananın giriş-çıxışına nəzarət edir.