Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Hadisə
- 18 noyabr, 2021
- 07:40
Mingəçevir şəhərində iki nəfəri bıçaqlayan şəxs tutulub.
“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 17-si saat 17 radələrində şəhərin Xocalı küçəsində yerləşən “Qədiroğlu” marketinin yaxınlığında qeydə alınıb.
Belə ki, şəhər sakini, 1968-ci il təvəllüdlü Fəxrəddin Salmanov aralarında baş verən münaqişə zəmnində həmyerliləri - 1999-cu il təvəllüdlü Fərid Əliyevi və 1986-cı il təvəllüdlü Akif Qəniyevi bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci il (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Salmanov saxlanılıb.
Son xəbərlər
20:10
ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil"
İnfrastruktur20:01
Foto
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
İnfrastruktur19:56
Lider "Sabah" Premyer Liqanın XXVII turunda xal itirib
Futbol19:52
Kür çayında suyun səviyyəsi artıb
Ekologiya19:50
"Bild": Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır
Digər ölkələr19:22
İsrail ordusu sutka ərzində Livanda "Hizbullah"a aid 200 hədəfə hücum edib
Digər ölkələr19:06
KİV: ABŞ və İran arasındakı danışıqlar sabah da davam edə bilər
Region18:57
Nizar Amidi İraqın yeni prezidenti olub
Digər ölkələr18:54