Məhkəmə sabiq bələdiyyə sədrinə şərti cəza verib

Məhkəmə sabiq bələdiyyə sədrinə şərti cəza verib Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
7 Dekabr , 2018 12:00
Məhkəmə sabiq bələdiyyə sədrinə şərti cəza verib
Report

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbəribə görə, hakim Əlövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.

İttihama görə, V.Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb. Bundan sonra V.Nəbiyev vədinə əməl etməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dəldəzuluq etmək) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, V.Nəbiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun və bələdiyyənin keçmiş üzvü N.Pənahovub barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilməmişdi. 

Son xəbərlər

Orphus sistemi