Masallı sakinindən 4 kiloqram narkotik götürülüb - FOTO
Hadisə
- 19 sentyabr, 2023
- 04:57
Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Son xəbərlər
21:03
"Taliban" ABŞ ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan edib
Digər ölkələr20:57
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir
Media20:42
"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb
Fərdi20:15
Zimbabvedə yol qəzasında ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB
Digər ölkələr20:01
Al Tani Fidanla Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr19:53
Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Futbol19:48
Belçika dondurulmuş Rusiya aktivlərinin istifadəsini yenidən bloklayacaq
Digər ölkələr19:19
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
Fərdi19:00