Maqsud Mahmudova 14 il həbs cəzası verilib

Maqsud Mahmudova 14 il həbs cəzası verilib Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudova hökm oxunub və o, il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
6 May , 2022 17:14
Maqsud Mahmudova 14 il həbs cəzası verilib
Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, dövlət ittihamçısı M.Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Son xəbərlər

Orphus sistemi