FIBA Avropa Kuboku: "LANDAU Lions" İsveçrə təmsilçisi ilə qarşılaşacaq

Komanda
  • 11 noyabr, 2026
  • 10:10
FIBA Avropa Kuboku: LANDAU Lions İsveçrə təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, komanda səfərdə İsveçrə təmsilçisi "Lions de Geneve" ilə üz-üzə gələcək.

G qrupunun matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunda 1 qələbə qazanan "LANDAU Lions" qrupda 6 xalla 6 komanda arasında sonuncu pillədə qərarlaşıb.