Lerikdə turist bədbəxt hadisə nəticəsində ölüb
Hadisə
- 26 iyun, 2023
- 11:56
Lerik rayonunda turist dərəyə yıxılaraq ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, Qaradağ rayonu, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev gəzinti zamanı ehtiyatsız davranıb.
O, 80 metr dərinlikdə olan dərəyə yıxılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub Mərkəzinin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyiti dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
21:29
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
Region21:15
Azərbaycan gimnastları dünya çempionatında bürünc medal qazanıblar
Fərdi21:08
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
Formula 120:57
Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət20:47
Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
Digər ölkələr20:23
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Digər ölkələr20:13
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Fərdi19:50
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
Xarici siyasət19:37
Video