"Təhrik-i-Taliban Pakistan" hərəkatı Dera-İsmayıl-Xandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

Digər ölkələr
  • 26 sentyabr, 2026
  • 16:36
Təhrik-i-Taliban Pakistan hərəkatı Dera-İsmayıl-Xandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

Dera-İsmayıl-Xandakı (Pakistan) terror aktına görə məsuliyyəti Pakistanın "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış partlayıcı ilə yüklənmiş avtomobildəki terrorçu-kamikadze tərəfindən törədilib.

Qeyd edilib ki, hadisə Pakistanın şimal-qərbindəki polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib.

Bildirilib ki, zərərçəkənlər ən yaxın xəstəxanaya çatdırılıb, bəzi yaralıların vəziyyəti ağırdır.

"Təhrik-i-Taliban Pakistan" Əfqanıstanın "Taliban" hərəkatından ayrı bir təşkilatdır, lakin onunla müttəfiqlik münasibətləri saxlayır.

Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində bu gün baş verən partlayış nəticəsində 11 nəfər ölüb və 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Hadisənin təfərrüatları hələ ki açıqlanmır.