Lerikdə sürüşmə zonalarında aktivləşmə yaranıb, 3 ev qəzalı vəziyyətə düşüb

Lerikdə sürüşmə zonalarında aktivləşmə yaranıb, 3 ev qəzalı vəziyyətə düşüb Lerik rayonunda sürüşmə zonalarında aktivləşmə yaranıb.
Hadisə
6 İyun , 2023 10:00
Lerikdə sürüşmə zonalarında aktivləşmə yaranıb, 3 ev qəzalı vəziyyətə düşüb

Lerik rayonunda sürüşmə zonalarında aktivləşmə yaranıb.

“Report”un Cənub bürosunun məlumatına görə, aktivləşmə daha çox rayonun Hamarmeşə kəndi ərazisində müşahidə olunur.

Belə ki, son vaxtlar intensiv yağışlar səbəbindən kəndin yuxarı məhəlləsindəki sürüşmə zonasında 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.

Bununla yanaşı, kəndin yuxarı məhəlləsində 120 şagird yerlik məktəb binası da aktivləşmənin yarandığı ərazidə yerləşir.

Sakinlər “Report”un yerli bürosuna bildirib ki, torpaq qatı evlərin divarına dirənib və əsas divarlarda dərin çatlar əmələ gəlib.

Qeyd edək ki, sözügedən ərazidə sürüşmə ötən il də qeydə alınıb. Ərazidəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti orqanlara məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri hadisə yerinə gələrək araşdırma aparıb. Digər sənədlər də toplanaraq Fövqəladə Hallar Nazirliyinə (FHN) təqdim edilib. Yerli bələdiyyənin daxili imkanları hesabına 30 metr məsafədə istinad divarı inşa edilsə də, sürüşən torpaq qatı istinad divarını da yerindən qoparıb.

Son xəbərlər

Orphus sistemi