Lənkəranda yaşayış evində kişi meyiti tapılıb
Hadisə
- 31 yanvar, 2023
- 17:26
Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.
"Report"un Cənub bürosu xəbər verir ki, meyit axşam saatlarında rayonun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış evinə baxış keçiriblər.
Meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğu müəyyən edilib. Ölən şəxsin bir neçə ildir tək yaşadığı bildirilir.
Ölümün səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma davam edir.
Son xəbərlər
16:00
Famil Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daxili siyasət15:59
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır
Daxili siyasət15:58
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
Energetika15:57
Vuçiç Serbiyada İsrail istehsalı dronların yığılması üzrə zavodun açılışını edib
Digər ölkələr15:55
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
Komanda15:45
"Trabzonspor" yeni baş məşqçisini açıqlayıb
Futbol15:44
"Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib
Biznes15:44
Foto
İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib - YENİLƏNİB
Daxili siyasət15:35