Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO - VİDEO - YENİLƏNİB

Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə edilib.
Hadisə
26 Fevral , 2019 16:14
Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə edilib.


*** 14:14

Lənkəran. 26 fevral. REPORT.AZ/ Lənkəran rayonunda Xocalı soyqırımının 27 ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

"Report"un Cənub bürosunun məlumata görə, tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, məcburi köçkün və şəhid ailələri iştirak ediblər.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Lənkəran şəhərində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər çıxışçılar Azərbaycanın Xocalı şəhərində 27 il əvvəl dinc sakinlərə qarşı soyqırım törədilməsinin, uşaqlı-böyüklü yüzlərlə insanın azərbaycanlı olduğuna görə vəhşicəsinə qətl edilməsinin təkcə azərbaycanlıların deyil, bəşəriyyətin faciəsi olduğunu, bu baxımdan, faciənin bütün dünyada tanınmasının hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıblar. 

Bundan əlavə, universitet, orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunub, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib. 

Son xəbərlər

Orphus sistemi