Lənkəranda çay evində mübahisə ölümlə nəticələnib
Hadisə
- 17 noyabr, 2021
- 17:53
Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
14:33
Ötən ay 41 nəfər Azərbaycana readmissiya edilib
Daxili siyasət14:33
Belçika səfiri Qlobal Bakı Forumundakı müzakirələrin əhəmiyyətini qeyd edib
Xarici siyasət14:28
Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir
Maliyyə14:22
Artis Pabriks: Qlobal Bakı Forumu silahlı münaqişələr fonunda xüsusi önəm daşıyır
Xarici siyasət14:22
Foto
Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib
Fərdi14:13
Foto
Video
Vilayət Eyvazov: Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirir
Hadisə14:12
Sebastyan Kurs: Beynəlxalq ictimaiyyət hibrid müharibələrə təsirli cavab hazırlamalıdır
Xarici siyasət14:04
Amr Musa: Qlobal Cənub ölkələri təhlükəsizliklə bağlı öz mövqelərini formalaşdırır
Digər ölkələr13:56