Lənkəranda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb.

Hadisə
  • 23 noyabr, 2022
  • 21:57
Lənkəranda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb.

Lənkəranda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran – Boradigah yolunun Lənkəran rayonun Şağlaser kəndi ərazisində baş verib.

Belə ki, rayonun Xarxatan kənd sakini 1997-ci il təvəllüdlü Fəqani İlham oğlu Ağazadənin idarə etdiyi “Mercedes” markalı avtomobil Lənkəran rayonunun Tükəvilə kənd sakini 1972-ci il təvəllüdlü Zahid Mirzəyevə məxsus “Mercedes” markalı minik avtomobili ilə toqquşub və yol kənarındakı obyektlətə çırpılıb.

Nəticədə sürücü və sərnişinlər qismində - 2005-ci il təvəllüdlü Hiccət Ələmdar oğlu Sadıqov, 2001-ci il təvəllüdlü Nurlan Əmin oğlu Səmədov, 1999-cu il təvəllüdlü Hüseynəli Xudayar oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan sürücü Fəqani Ağazadənin vəziyyətinin daha ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.