Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Hadisə
  • 18 iyul, 2024
  • 16:11
Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suyun üzərində kişi meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.