Kürdəmirdə yol qəzasında 2 qardaş xəsarət alıb

Kürdəmirdə yol qəzasında 2 qardaş xəsarət alıb Kürdəmirdə yol qəzası baş verib
Hadisə
21 Avqust , 2022 19:10
Kürdəmirdə yol qəzasında 2 qardaş xəsarət alıb

Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Ağsu rayon Ərəbmehdibəy kənd sakinləri, 2 qardaş - Osmanov Elçin Qinyaz oğlu və Osmanov Qiyas Qinyaz oğludur.

Qeyd edək ki, hadisə  Qarasaqqalı kəndində baş verib. “VAZ-2107” markalı avtomaşın hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

18:36

Kürdəmirdə yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qarasaqqalı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomaşın həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişin müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi