Kürdəmirdə ağır yol qəzası: bir ailənin 3 üzvü xəsarət alıb

Kürdəmirdə ağır yol qəzası: bir ailənin 3 üzvü xəsarət alıb Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə
11 Dekabr , 2023 12:43
Kürdəmirdə ağır yol qəzası: bir ailənin 3 üzvü xəsarət alıb

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin sürücüsü Həsənov Cabir Əli oğlu həmin yolda dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol dairəsinə, sonra yol kənarındakı beton lövhəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin üzvləri - 55 yaşlı Həsənova Raisə Sədi qızı, 31 yaşlı Həsənov Hafiz Əli oğlu və sürücü - 32 yaşlı Həsənov Cabir Əli oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi