Səfirlik Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb - VİDEO - YENİLƏNİB

Səfirlik Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb - VİDEO - YENİLƏNİB Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb
Hadisə
825
29 May , 2021 14:53
Səfirlik Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb - VİDEO - YENİLƏNİB

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bununla bağlı müvafiq tapşırıq verib.

Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, konsul və diaspor nümayəndələri xəstəxanadakı yaralılara baş çəkiblər.

Eyni zamanda onlar Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə görüşərək araşdırmanın gedişatını nəzarətə götürüblər.

13:58

Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, hadisə mayın 28-də axşam saatlarında, Kiyevin Dniprovski rayonunda, Almatinski 54 ünvanında, azərbaycanlıların özlərinə məxsus çadırdan ibarət kiçik bazarda baş verib.

Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

Hücuma məruz qalan azərbaycanlıların sözlərinə görə, onlara qarşı beşbarmaqdan istifadə olunub.

Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi