İsmayıllıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb

Hadisə
  • 25 dekabr, 2023
  • 06:48
İsmayıllıda qadın qeysəriyyə əməliyyatından sonra ölüb

Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə qeysəriyyə əməliyyatı olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti