İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB  

İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB   İranda növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.
Hadisə
29 yanvar 2023 17:30
İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB    

Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində yenə zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.    

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

19:20

İranda 4,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi