TƏBİB: İmişlidə yanğın nəticəsində ölən və xəsarət alan var - YENİLƏNİB

Hadisə
  • 25 dekabr, 2024
  • 16:31
TƏBİB: İmişlidə yanğın nəticəsində ölən və xəsarət alan var - YENİLƏNİB

İmişli rayonunda istixanada baş verən yanğınla bağlı TƏBİB açıqlama verib.

TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 25 dekabr saat 16:20-də İmişli rayonu ərazisində baş verən yanğın hadisəsi nəticəsində 1971-ci il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona aşağı, yuxarı ətrafların üz nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həmin şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü şəxsin (kişi cinsli) hadisə yerində ölüm faktı qeyə alınıb.

18:25

İmişli rayonu ərazisində yerləşən tərəvəz istixanasında yanğın baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğın söndürülüb və soyutma işləri aparılır.

Yanğın nəticəsində 1979-cu il təvəllüdlü Rüstəmov Teymur Qəhrəman oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti