İstanbuldan Bakıya qanunsuz dərman gətirən şəxs Bakı aeroportunda saxlanılıb
Hadisə
- 17 avqust, 2016
- 07:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.
Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:31
Foto
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda