İmişlidə sürücü yük maşınının altında qalıb
Hadisə
- 10 aprel, 2017
- 12:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İmişli. 10 aprel. REPORT.AZ/ İmişli rayonunda sürücü yük maşınının altında qalıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 41 yaşlı Müşfiq Musaxan oğlu Ağamalıyev idarə etdiyi “Şaqman” yük maşınının sıradan çıxmış təkərini düzəltmək istərkən maşının altında qalıb. Ağır xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:15
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
Hadisə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.11.2026)
Maliyyə
09:03
Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
Futbol
08:57
Quldurlar 23 dənizçinin olduğu İran gəmisini ələ keçirib
Digər ölkələr
08:42
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
Maliyyə
08:33
Sloveniya hakimiyyəti 15 min dövlət qulluqçusunun məlumatlarının sızdığını açıqlayıb
Digər ölkələr
08:12
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:06
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Digər ölkələr
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr