İmişlidə məktəbdən oğurluq olub

Hadisə
  • 24 aprel, 2017
  • 08:01
İmişlidə məktəbdən oğurluq olub

Bakı. 24 aprel. REPORT.AZ/ İmişli rayonunda bir neçə oğurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 20-21-də Azərbaycan Dəmir Yolu QSC-nin İmişli işarəvermə və rabitə sahəsinin anbarından 85 metr rabitə kabeli, rayon stomatoloji poliklinikasının həyətindən su mühərriki, 1 məktəbin bufetindən ərzaq məhsulları və 1 həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən rayon sakinləri Musa Məlikov, Səid Abdullayev və Elşən Nuriyev saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.