Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb
Hadisə
- 17 mart, 2023
- 05:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasına psixatrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin əmisi oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:32
Tramp: Zelenskinin pərəstişkarı deyiləm
Digər ölkələr
09:31
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatında yarımfinal matçına çıxacaq
Futbol
09:23
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
Fərdi
09:22
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Hadisə
09:14
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək
Futbol
09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.10.2026)
Maliyyə
09:03
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xarici siyasət
09:00
Azərbaycan Premyer Liqasında VIII tura start verilir
Futbol
09:00
Mətbuat Şurasının IX qurultayı keçirilir
Media