Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var

Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
6 Dekabr , 2024 08:06
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var

Hacıqabulda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində Ucar rayon sakini Bayram Qurbanəli oğlu Gözəlov ölüb, daha bir nəfər isə yaralanıb.

Yaralı Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi