Hacıqabulda avtomobil aşıb, ölən və yaralılar var - YENİLƏNİB

Hadisə
  • 20 iyul, 2023
  • 18:37
Hacıqabulda avtomobil aşıb, ölən və yaralılar var - YENİLƏNİB

Hacıqabulda baş verən yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.

“Report”un Aran bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, yol qəzasında ağır xəsarətlər alan 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

21:43

Hacıqabulda avtomobil aşıb, 4 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlu, Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu və 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.