Gürcüstanda həmkəndlisinə atəş açan azərbaycanlı gənc saxlanılıb

Gürcüstanda həmkəndlisinə atəş açan azərbaycanlı gənc saxlanılıb Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.
Hadisə
3 Dekabr , 2021 22:38
Gürcüstanda həmkəndlisinə atəş açan azərbaycanlı gənc saxlanılıb
0 : 00
0 : 00

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlılar yaşayan Qaracala kəndində baş vermiş silahlı insidentə görə bir nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, 18 yaşlı kənd sakini mübahisə zəminində 1988-ci il təvəllüdlü həmkəndlisini ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb.

Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, yaralanan şəxs xəstəxanadadır, vəziyyəti orta ağırdır.

16:40

Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.

“Report”un yerli bürosunun xəbərinə görə, kənd sakini həmkəndlisinə atəş açıb.

Qol və ayaq nahiyəsindən yaralanan gənc xəstəxanaya çatdırılıb, vəziyyəti sabit ağır kimi qiymətləndirilir.

İnsidentin səbəbi hələ bilinmir. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi