Gürcüstanda kazinoda partlayıcı qurğu olması barədə yalan məlumat verən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda kazinoda partlayıcı qurğu olması barədə yalan məlumat verən Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 28 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
10 Aprel , 2019 14:46
Gürcüstanda kazinoda partlayıcı qurğu olması barədə yalan məlumat verən Azərbaycan vətəndaşı saxlanılıb
0 : 00
0 : 00

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 28 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın Polis Departamenti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, martın 31-də Azərbaycan vətəndaşı “112” xidmətinə zəng vuraraq “Sheraton” mehmanxanasındakı kazinoda partlayıcı qurğunun yerləşdirildiyi barədə yalan məlumat verib. Həmin şəxsin zəng vruduğu zaman eyni kazinoda olduğu məlum olub.

Zəngin daxil olmasından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları və istehkamçılar mehmanxanaya gəlib. Vətəndaşların və işçilərin təcili təxliyyəsi həyata keçirilib. Nəticədə heç bir partlayıcı qurğu aşkar olunmayıb.

Azərbaycan vətəndaşına qarşı “yalan məlumat vermə” maddəsi üzrə cinayət işi açılıb. Onu 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  

Son xəbərlər

Orphus sistemi