Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınan avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Eldar Tağıyev, 1982-ci il təvəllüdlü Elmir Zeynalov xəsarət alıb. Qəza nəticəsində daha 1 nəfərin də xəsarət aldığı bildirilir.
Xəsarət alan E.Tağıyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb,araşdırma aparılır.
Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.
Faktla bağlı araşdırmalara başlanılıb.