Göygöldə dumanlı hava avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var

Hadisə
  • 30 noyabr, 2022
  • 03:44
Göygöldə dumanlı hava avtomobil qəzasına səbəb olub, xəsarət alanlar var

Göygölün Balçılı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü N.Musayeva, 1967-ci il təvəllüdlü X.Əmiraslanov, 1969-cu il təvəllüdlü A.Musayeva və 1973-cü il təvəllüdlü Z.Əmiraslanova xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya dumanlı hava şəraiti səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə