Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 28 noyabr, 2023
  • 17:09
Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

21:00

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.

Avtomobil qəzası nəticəsində xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti