İsmayıl Bəqai: İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ehtimalını müzakirə etmir

Region
  • 15 noyabr, 2026
  • 12:31
İsmayıl Bəqai: İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ehtimalını müzakirə etmir

İran və ABŞ uranın zənginləşdirilməsinin dayandırılması və ya azaldılması ehtimalını müzakirə etmir; danışıqlar hələ bu mərhələyə çatmayıb.

"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Xeyr, hazırda biz ümumiyyətlə bu mərhələdə deyilik. Bütün bu müddət ərzində nüvə məsələsi ilə bağlı detalları müzakirə etmirik və etməmişik", - deyə o əlavə edib.

XİN rəsmisi əlavə edib ki, İran ABŞ tərəfindən ona qarşı yönəlmiş heç bir hərbi təcavüzü cavabsız qoymayacaq.

44 filmi