Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var 

Hadisə
  • 15 avqust, 2023
  • 17:38
Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var 

Goranboy rayonunun Səfikürd kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Adıgözəlova və onun həyat yoldaşı xəsarət alıb. Hadisə zamanı avtomobildə onların 2 övladı da olub, lakin onlar xəsarət almayıblar.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.