Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb

Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb Goranboy rayonunda bir gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.
Hadisə
6 Avqust , 2024 22:07
Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb

Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.

Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan "ZİL" markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı "ZİL"-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.

Xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə - sement daşıyan yüş maşınının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktlar araşdırılır.

Son xəbərlər

Orphus sistemi