Nazir: "Gələn il sosial yönümlü xərclər 18,7 milyard manata çatdırılacaq"
- 05 noyabr, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Gələn il sosial yönümlü xərclər 18,7 milyard manata çatdırılacaq.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2027-ci ildə də dövlət və icmal büdcələrinin sosial yönümlülüyü qorunacaq: "Belə ki, 2027-ci ilin dövlət büdcəsində sosial xərclərin 222,7 milyon manat və ya 1,7 % artırılaraq 13 milyard manata, sosial yönümlü xərclərin isə 1,6 milyard manat və ya 9,2 % artırılaraq 18,7 milyard manata çatdırılması nəzərdə tutulur".
A.Əliyev bildirib ki, sosial yönümlü xərclərin dövlət büdcəsindəki xüsusi çəkisinin cari ildəki 41,1 %-dən 44,2 %-ə, ümumi daxili məhsulda (ÜDM) payının isə 12,4 %-dən 13,3 %-ə yüksələcəyi gözlənilir: "2027-ci ilin dövlət büdcəsində sosial xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri üzrə 4 milyard 914 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 41 milyon manat çoxdur".