Gəncədə qadın qeysəriyyə əməliyyatından sonra ölüb - YENİLƏNİB 

Gəncədə qadın qeysəriyyə əməliyyatından sonra ölüb - YENİLƏNİB  Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.
Hadisə
1 Aprel , 2024 10:04
Gəncədə qadın qeysəriyyə əməliyyatından sonra ölüb - YENİLƏNİB 

Gəncə şəhərində qeysəriyyə əməliyyatından sonra vəfat edən qadının dünyaya gətirdiyi körpənin vəziyyəti ağır kimi qiymətləndirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Natiq qızı Həsənzadə martın 27-də qeysəriyyə əməliyyatı olub.

Onun qız övladı dünyaya gəlib.

Əməliyyatından sonra G.Həsənzadənin vəziyyəti ağırlaşıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qadının dünyaya gətirdiyi uşağın vəziyyətinin də ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

09:24

Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub.

Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi