Gəncədə qadın qətlə yetirilib, cinayət işi açılıb.
Bu barədə "Report"a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Gəncədə qətl hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Şahsevənlər küçəsi 106 ünvanında 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsindən 1 bıçaq xəsarəti alıb və yerindəcə dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadədir.
O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.