Gəncədə karantin rejimini pozan kafe aşkarlandı

Gəncədə karantin rejimini pozan kafe aşkarlandı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeliyindəki orqanların əməkdaşları tədbirləri davam etdirir.
Hadisə
8 Aprel , 2020 08:52
Gəncədə karantin rejimini pozan kafe aşkarlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeliyindəki orqanların əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Report"un Qərb mərkəzinə verilən məlumata görə, BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı, onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi