Gəncədə ağır yol qəzasında ölən hər 3 nəfərin şəxsiyyəti müəyyənləşib - ƏLAVƏ OLUNUB-2

Gəncədə ağır yol qəzasında ölən hər 3 nəfərin şəxsiyyəti müəyyənləşib - ƏLAVƏ OLUNUB-2 Yaralıların vəziyyəti ağırdır
Hadisə
31 Oktyabr , 2016 23:19
Gəncədə ağır yol qəzasında ölən hər 3 nəfərin şəxsiyyəti müəyyənləşib - ƏLAVƏ OLUNUB-2

Gəncə. 31 oktyabr. REPORT.AZ/ Gəncə-Şəmkir yolunun Gəncə Beynəlxalq Hava Limanına yaxın ərazisində baş verən ağır yol qəzasında ölən hər 3 nəfərin şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, "VAZ-2106"da olan 1960-cı il təvəllüdlü Hüseynov Rafiq İmran oğlu və 1992-ci il təvəllüdlü Gədəbəy rayon sakini Ələkbərov Nicat Əliağa oğludur.

***21:58

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb, 4 nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza "90-DC-183" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil ilə dövlət nömrə nişanı "57-BZ-077" olan "Volkswagen Passat" markalı maşının toqquşması nəticəsində baş verib.

Nəticədə "VAZ"da olan 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb, daha 4 nəfərin isə vəziyyəti ağırdır. Xəstəxanada ölən şəxs 1985-ci il təvəllüdlü Əhmədov Vüsal Ramiz oğludur.

***

Bu gün axşam saatlarında Gəncə-Şəmkir yolunda ağır nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ 2106" və "Volkswagen Passat" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar – 1987-ci il təvəllüdlü Namazov Rəşad, 1987-ci il təvəllüdlü Zeynalov Nihat Elbrus oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Pərviz Fidail oğlu və 1992-ci il təvəllüdlü Qafarov Ricad Məşədi oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilərək əməliyyat olunublar.

Hazırda qəzanın səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi