Gəncə. 7 dekabr. REPORT.AZ/ Gəncə şəhərində 27 yaşlı qız boğazı kəsilərək qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Adil xan Ziyadxanov küçəsi, bina 38, ev 70-də baş verib.
Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Verdiyeva Səadət Teyyub qızı yaşadığı mənzildə hələki kimliyi bilinməyən şəxs tərəfindən boğazı kəsilərək qətlə yetirilib.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində törədilib. Qətlə yetirilən şəxsin subay olduğu bildirilir.
Gəncə Şəhər Prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.