Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat edib

Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat edib Arzuman Ağayev ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş
Hadisə
4 Dekabr , 2015 10:11
Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat edib. "Report"un xəbərinə görə, filialın rəisi 67 yaşlı Arzuman Ağayev dünyasını dəyişib.

Mərhum ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş. O, 3 dəfə ürək əməliyyatı keçiribmiş. Sonuncu əməliyyat 2 ay əvvəl olubmuş. 

A.Ağayev doğulduğu İsmayıllı rayonunda dəfn olunub.

Qeyd edək ki, Ağayev Arzuman Əlövsət oğlu 1949-cu il oktyabr ayının 6-da İsmayıllı rayonunda anadan olub.

1966-1969-cu illərdə Bakı Rabitə Texnikumunun Radio Rabitə və TV Texnikası fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə Azərbaycan Televiziya Mərkəzində elektro-mexanik vəzifəsində işləyib. 1972-1974-cü illərdə Sovet Ordusunda Hərbi xidmətdə olub. 1974-1977-ci illərdə Azərbaycan Politexnik İnistitunun Radiotexnika fakültəsində təhsil alıb.

1974-1989-cu illərdə Respublika Radio Televiziya Mərkəzində elektro-mexanik, baş elektromexanik və mühəndis vəzifələrində işləyib.

1989-2005-ci illərdə Rabitə Nazirliyinin Radio Elektron Vasitələrinin Elektromaqnit Uzlaşması Mərkəzində mühəndis, şöbə rəisi, mərkəzin rəisi vəzifəsində işləyib.

2005-2006-cı illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində şöbə rəisi vəzifəsində işləyib. 2006-cı ilin yanvar ayından Teleradio İB-də işləyib.

Son xəbərlər

Orphus sistemi