Gədəbəydə 23 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb 

Hadisə
  • 14 dekabr, 2022
  • 17:09
Gədəbəydə 23 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb 

Gədəbəy rayonunda gənc qadın dəm qazından boğularaq dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köhnəkənd kəndində qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü R.Şadmanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.