Firad Əliyev: "Ötən ay orduda özünü öldürmə həddinə çatdırma cinayətləri qeydə alınmayıb"

Firad Əliyev: "Ötən ay orduda özünü öldürmə həddinə çatdırma cinayətləri qeydə alınmayıb" Hərbçilər arasında özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə qeydə alınmayıb.
Hadisə
12 Fevral , 2024 10:39
Firad Əliyev: Ötən ay orduda özünü öldürmə həddinə çatdırma cinayətləri qeydə alınmayıb
Firad Əliyev

Yanvar ayı ərzində orduda özünü öldürmə həddinə çatdırma cinayətləri ümumiyyətlə qeydə alınmayıb.

Bu barədə "Report"a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb:

"Bundan başqa, hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz, hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35,3 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb".

Son xəbərlər

Orphus sistemi