FHN: Gəncədə şadlıq evindəki yanğın zamanı 100 nəfər təxliyə edilib

Hadisə
  • 07 iyul, 2022
  • 18:10
FHN: Gəncədə şadlıq evindəki yanğın zamanı 100 nəfər təxliyə edilib

Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli "İmperial" şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:50

Gəncə şəhərində yerləşən şadlıq saraylarının birində yanğın hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunaraq yanğın dərhal söndürülüb. 

Yanğın nəticəsində xəsarət alan olmayıb. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

44 filmi