Video əlavə olunub
*** 00:48
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.
Qeyd edək ki, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.
***00:36
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğının baş verdiyi əraziyə gəlib.
Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.
Qeyd edək ki, dünən axşam saatlarında Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***00:28
Xəbər verildiyi kimi, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
"Report" FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***23:20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, "EvroHome" tikinti materialları bazarında 5 ay bundan əvvəl (2019-cu ilin dekabrın 10-da) də güclü yanğın olmuşdu. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılmışdı və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılmışdı.
VİDEO: İlqar Abdullayev